Kölndə yaşayan azərbaycanlı iş adamları Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının yaradılmasını təklif edirlər. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
«Bu təklif komitə sədri Fuad Muradovun Kölndə yaşayan azərbaycanlı iş adamları ilə görüşü zamanı irəli sürülüb. Həmçinin biznes forumun keçirilməsi də təklif olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, iş adamları yeni biznes platformasının və resurs mərkəzinin yaradılmasını təklif ediblər.
“Görüşdə Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, “Made in Azerbaycan” brendinin tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. F.Muradov sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək. Komitə sədri diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə - lobbiçilik fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi yolunda da mühüm planların olduğundan bəhs edib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov