Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi üçün 1 mln. manat məbləğində vəsaitin ayrılması haqqındasərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncam iyulun 16-da imzalanıb.
Sərəncama əsasən qəzetlərə birdəfəlik maliyyə yardımı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Vəsaitin bölüşdürülməsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məşğul olacaq.*
A.Əzizov