Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının tərkibini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiriƏli Həsənov, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.*
A.Əzizov