Prezident İlham Əliyev iyulun 16-da sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsinə görə dövlət rüsumunun artırılmasını nəzərdə tutan qanuna dəyişiklikləri təsdiq edib.
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə əsasən sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manatadək artırılır.
Bundan başqa, dəyişikliklər avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun 17 manatdan 25 manatadək artırılmasını nəzərdə tutur.*
A.Əzizov