Prezident İlham Əliyev Vergi Məcəlləsində fiziki şəxslər tərəfindən şəxsi istehlak məqsədilə ölkəyə gətirilən və aksiz vergisindən azad edilən alkoqollu içki və tütün məmulatlarının həcmini müəyyən edən dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən şəxsi istehlak məqsədilə ölkəyə gətirilən və aksiz vergisindən azad edilən alkoqollu içkilərin həcmi hər nəfərə 3 litrdən 1,5 litrə qədər (azalma 2 dəfə), tütün məmulatlarının miqdarı isə 600 ədəddən 200 ədədə qədər (azalma 3 dəfə) azaldılıb.*
A.Əzizov