2018-ci ilin I yarısında Azərbaycanda 292,1 mln. manat dəyərində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 34% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 mln. 611,8 min tonadək sement (artım 25%), 647,6 min tonadək hazır beton qarışığı (artım 2 dəfə), 10,795 min kubmetrədək emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan məmulatlar (artım 68,8%), 14,4 min tonadək tikinti əhəngi (artım 31,9%) istehsal edilib.
Bu ilin yanvar-iyun aylarında tikinti gipsi istehsalında 52% - 23,3 min tonadək, betondan yığma tikinti konstruksiyalarının istehsalında 59,2% - 39,4 min kubmetrədək, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalında 25,1% - 41,9 min tonadək, asfalt istehsalında 4,2% - 63,9 min tonadək, tikinti kərpici istehsalında 9% - 124,2 min kubmetrədək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov