Nazirlər Kabineti Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin spektrini genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilmə Qaydaları”na və “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edlməsi haqqında Nazirlər Kabinetinin qərarına əlavələr edilib.
Elektron xidmətlərin siyahısına vergi öhdəliyi haqqında əvvəlcədən qərar qəbul edilməsi və sıfır faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında sertifikatın təqdim edilməsi üzrə xidmətlər daxil edilib.*
B.Rüstəmbəyov