2018-ci ilin yanvar-may aylarında Azərbaycana 481 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 40,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $84 mln. 122,1 min (artım 31,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $9 mln. 851,5 min dəyərində (azalma 83,5%) 21,8 min ton şəkər xammalı və şəkər (azalma 82,6%), $52 mln. 529,4 min dəyərində (artım 34,3%) 61,168 min ton bitki yağı (artım 41,1%), $19 mln. 259,7 min dəyərində (artım 8,8%) 4,989 min ton çay (artım 10,9%), $36 mln. 336,3 min dəyərində (artım 44,8%) 6,147 min ton kərə yağı və süd (azalma 2,3%) idxal edilib.
Yanvar-may aylarında respublikaya $10 mln. 708,1 min dəyərində (azalma 9,8%) 3,558 min ton (azalma 21,2%) iribuynuzlu heyvan əti, $13 mln. 411 min dəyərində (azalma 11,6%) 12 min 546,7 ton (azalma 5,6%) quş əti və ondan hazırlanan məmulatlar (artım 3,3 dəfə) idxal olunub.
Yanvar-may aylarında respublikaya $42 mln. 826,9 min dəyərində (artım 44,1%) 53,789 min ton meyvə (artım 44,1%), $5 mln. 982 min dəyərində (azalma 39%) 11,162 min ton tərəvəz (azalma 47,4%), $20 mln. 379 min dəyərində (azalma 7,5%) 80,315 min ton kartof (azalma 22,2%) idxal edilib.
Hesabat dövründə ölkədən $104 mln. 197,7 min dəyərində (artım 15,3%) 101,2 min ton tərəvəz (artım 2,1%), $65 mln. 560 min dəyərində (artım 35,1%) 55,559 min ton meyvə (artım 51,2%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 mln. 769,1 min dəyərində (azalma 53,5%) 16,139 min ton şəkər (azalma 50,5%), $3 mln. 246,6 min dəyərində (azalma 30,9%) 3,532 min ton bitki yağı (azalma 15,8%) ixrac edilib.
Həmçinin yanvar-may aylarında Azərbaycan $4 mln. 297,7 min (аrtım 6,9%) dəyərində 3,464 min ton meyvə və tərəvəz şirələri (azalma 13,2%), $3 mln. 165,4 min (аrtım 84%) dəyərində 246,4 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2,6 dəfə), $3 mln. 170,2 min (аrtım 2 dəfə) dəyərində 2,402 min ton meyvə və tərəvəz konservləri (artım 22,7%) ixrac edib.*
N.Abbasova