Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın ilk prezidenti Levon Ter-Petrosyanla daxili siyasi vəziyyəti və Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edib.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, görüş iyulun 16-da N.Paşinyanın evində baş tutub.
"Ermənistanın xarici siyasəti və Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunduğu görüş L.Ter-Petrosyanın təşəbbüsü ilə baş tutub”, - deyə məlumatda bildirilir.*