Prezident İlham Əliyev Qəbələ rayonunda avtomobil yolunun tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Sərəncam iyulun 17-də dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov