Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökumətiarasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibini təsdiq edib.
Sərəncamın mətni iyulun 17-də dövlət başçısının saytında dərc olunub.
Azərbaycan tərəfindən komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziridir.
Komissiyanın tərkibinə, həmçinin xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, mədəniyyət nazirinin müavini, müdafiə sənayesi nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini, Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri də daxil olacaq.*
B.Rüstəmbəyov