İyulun 18-də Azərbaycan prezidenti İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarella ilə Bakıda təkbətək görüşü olub. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
“Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində İtaliya prezidenti Sumqayıt Kimya Sənaye Parkına baş çəkəcək, burada “Maire Tecnimont” şirkəti tərəfindən inşa edilmiş polipropilen istehsalı zavodunun fəaliyyəti ilə tanış olacaq.
Dövlət başçıları iyulun 19-da biznes forumda iştirak edəcəklər.*
N.Abbasova