Sentyabrın 6-da “AGBank”ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Yığıncağın gündəliyinə 2017-ci ilə dair maliyyə hesabatının, maliyyə nəticələrinin təsdiq edilməsi, Audit Komitəsinin hesabatının dinlənilməsi daxildir”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2017-ci ildə bankın xalis zərəri 6 mln. 687,76 min manat təşkil edib.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
A.Əzizov