2018-ci ilin I yarısında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4,9% - 865,9 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,9% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,2%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 625,2 mln. manatlıq (artım 4,6%) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 48,5%-i və ya 419,7 mln. manat (artım 5,4%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova