Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində 5 müsabiqədə iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycan hərbçiləri ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.
“Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov