İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Azərbaycan və İtaliya prezidentləri İlham Əliyev və Sercio Mattarella açılış mərasimində iştirak ediblər.
Zavodun illik istehsal gücü 184 min ton təşkil edir. İstehsal olunacaq məhsulların 30%-i daxili bazarda realizə olunacaq, 70%-i isə ixrac ediləcək.
Əsas ixrac marşrutları olaraq isə Türkiyə, Rusiya, Avropa və Çin nəzərdən keçirilir. Zavodun istifadəyə verilməsi ilə yerli tələbatın tam ödənilməsi nəzərdə tutulur. *
A.Əzizov