2018-ci ilin I yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2017-ci ilin analoji dövrü ilə müqayisədə 0,4% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 419,2 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Yanvar-iyun aylarında kimya məhsullarının istehsal həcmi 0,4%, əczaçılıq məhsullarının istehsal həcmi 0,3% artıb. Rezin və plastik kütlə məmulatlarının istehsalında 19,3% azalma qeydə alınıb», - deyə məlumatda bildirilir.
I yarımillikdə azot istehsalı 9,1% - 12 mln. 191,6 min kubmetrədək, oksigen istehsalı 69,3% - 2 mln. 578,4 min kubmetrədək artıb.
Bundan başqa, yanvar-iyun aylarında propilen istehsalı 19,2% - 33,4 min tona qədər, polietilen istehsalı 8,9% - 58,5 min tona qədər, etilen istehsalı 8,9% - 60,2 min tona qədər, lak-boya məhsulları istehsalı 20,6% - 5 min 928,3 tona qədər, başqa üzvi həlledicilər istehsalı 73% - 7 min 544,2 tonadək artıb.
Hesabat dövründə yod istehsalı 7,6% - 87,6 tona qədər, izopropil spirti istehsalı 11% - 7 min 15,8 tona qədər, metanol istehsalı 59,3% - 38,1 min tona qədər azalıb.*
N.Abbasova