Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev ümid edir ki, Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi qrafikə uyğun olaraq həyata keçirilir.
"Ümid edirik ki, bu layihə uğurla həyata keçiriləcək və Azərbaycan qazı Avropaya nəql olunacaq", - deyə S.Vəliyev bu gün Bakıda Azərbaycan-İtaliya dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan İtaliya ilə enerji, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. "İtaliya alternativ enerji sahəsində böyük təcrübəyə malikdir və Azərbaycan bu texnologiyaların tətbiqində maraqlıdır", - deyə S.Vəliyev vurğulayıb.*
B.Rüstəmbəyov