İtaliya prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Prezident İlham Əliyev müvafiq sərəncamı iyulun 18-də imzalayıb.
“S.Mattarella “Heydər Əliyev” ordeni ilə Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib”, - deyə sənədin mətnində qeyd olunur.
Prezident İ.Əliyevin digər sərəncamı ilə Azərbaycan və İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib.
Bundan başqa, İ.Əliyev Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.*
N.Abbasova