“Azərkosmos” ASC əməkdaşlarının könüllü tibbi sığorta növü üzrə sığortalanması üçün sığorta şirkəti seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Bununla əlaqədar kotirovka sorğusu elan edilib.
Sığorta şirkətləri təkliflərini iyulun 27-dək təqdim edə bilər. Təkliflər paketi iyulun 30-da açılacaq.
Xəbər verildiyi kimi, hazırda “Azərkosmos” ASC-nin əməkdaşlarının könüllü tibbi sığorta növü üzrə sığortaçısı “AXA Mbask” sığorta şirkətidir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
A.Əzizov