2017-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xalis zərəri 2016-cı ilə olan 6 mln. 316,802 min manat mənfəətə qarşı 345,101 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, ötən il “Akkord”un gəlirləri 12 mln. 787,654 min manat (artım 16,4%), xidmət və satışların maya dəyəri 8 mln. 440,364 min manat (azalma 8,3%) təşkil edib.
2017-ci ildə “Akkord” aktivlərini 28,2% - 856 mln. 937,141 min manatadək azaldıb. ASC-nin qısamüddətli aktivləri 3,8 dəfə - 88 mln. 173,201 min manatadək, uzunmüddətli aktivləri 9,8% - 768 mln. 763,94 min manatadək azalıb.
1 yanvar 2018-ci il tarixinə cəmiyyətin öhdəlikləri 675 mln. 676,205 min manat (artım 1,6%), qısamüddətli aktivləri 99 mln. 944,169 min manat, uzunmüddətli öhdəlikləri 575 mln. 732,036 min manat təşkil edib.
“Akkord”un kapitalı 181 mln. 260,935 min manata (azalma 2,9 dəfə), nizamnamə kapitalı 74 mln. 112,5 min manata (dəyişməyib) bərabərdir.*
Maliyyə hesabatına əsasən 2017-ci ildə korporasiyanın əməkdaşlarının sayı 123 nəfərdən 87 nəfərədək azalıb.*
A.Əzizov