Azərbaycan hökuməti 2018-2019-cu illərdə ağır sənaye müəssisələrində elektrik enerjisi üzrə qeyri-pik saatlardan istifadənin stimullaşdırılmasına dair təkliflər paketi hazırlayacaq.
Bu müddət Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələrində öz əksini tapıb.
Energetika və İqtisadiyyat nazirlikləri, “Azərenerji” ASC Tarif Şurası ilə birlikdə 2018-2019-cu illərdə ağır sənaye müəssisələrində elektrik enerjisi üzrə qeyri-pik saatlardan istifadənin stimullaşdırılmasına dair təkliflər hazırlamalıdır.
Monitorinqdə qeyd olunur ki, artıq strateji müəssisələr üzrə ilk təkliflər hazırlanıb və ilkin müzakirələr aparılıb.*
A.Əzizov