“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasına investisiyaların cəlb edilməsi üzrə tədbirlər planını 2021-ci ilədək icra etməyi nəzərdə tutur.
Bu müddət “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında öz əksini tapıb.
Monitorinqin nəticələrinə görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2019-cu ildə İqtisadiyyat Nazirliyi ilə birgə Ələt qəsəbəsində yerləşən azad ticarət zonasında investisiya qoyuluşlarına dair ilkin öhdəlikləri öz üzərinə götürəcək şirkətləri təyin etməlidir. Bu qurumlar həmin şirkətlərlə tərəfdaşlıq çərçivəsində azad ticarət zonası üzrə təklifləri təkmilləşdirməlidir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və İqtisadiyyat Nazirliyi 2019-cu ildə azad ticarət zonasına yeni investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər planı hazırlamalı və onun icrasını 2020-ci ildə başa çatdırmalıdır.*
N.Abbasova