2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 6,814 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər (artım 29,2%) həlak olub, 118 nəfər (azalma 26,7%) xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 54 nəfər xilas edilib, 1,047 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 37 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 21% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.*
A.Əzizov