Prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncam iyulun 19-da imzalanıb və dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
A.Əzizov