Prezident İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə Xəzərin Azərbaycan sektorundakı yataqların işlənilməsi məsələsini müzakirə edib.
İ.Əliyev və P.Puyane “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, – deyə dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.*
A.Əzizov