Azərbaycan “Airbus” şirkətindən yeni daha yüksək ayırdetmə peykləri və peyklərlə bağlı texnologiyalar ala bilər.
Bu məsələ prezident İlham Əliyevin iyulun 19-da Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşü zamanı müzakirə olunub.
“Görüşdə “Airbus” şirkəti ilə “Azərkosmos” ASC arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. “Azərsky” və “Spot 6” peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq bildirilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər Azərbaycanın gələcəkdə “Airbus” şirkətindən yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparıblar.*
A.Əzizov