«Azərişıq» ASC "Caspian Sell" şirkəti ilə Şabran və Ağcabədi rayonlarında aqroparkların elektrik təchizatı üzrə işlərin həyata keçirilməsi haqqında ümumilikdə 5 mln. 555 min 180,79 manat dəyərində iki müqavilə bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Azərişıq” Şabran aqroparkının enerji təchizatı üzrə işlərin birinci mərhələsinin həyata keçirilməsinə “Caspian Sell” şirkətini cəlb edib. Şirkətlə 2 mln. 955 min 904,31 manat dəyərində müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
“Caspian Sell” şirkəti ilə bağlanmış ikinci müqavilə Ağcabədi rayonunda 10 MBA gücündə 35/10 kilovoltluq yarımstansiyaların tikintisini, “Əkinçi VO” fermer təsərrüfatının aqroparkının enerji təchizatı üçün avadanlıqların quraşdırlmasını və 35 kV-luq hava elektrik verilişi xəttinin çəkilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 2 mln. 599 min 276,48 manatdır.*
N.Abbasova