Fransanın «Bouygues Travaux Publics» şirkəti Azərbaycanda layihələrin həyata keçirilməsində maraqlıdır. Bunu “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler Parisdə prezident İlham Əliyevlə görüşdə deyib.
Onun sözlərinə görə, “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır.
Prezident İ.Əliyev tərəflər arasında əməkdaşlığın cari vəziyyətini yüksək qiymətləndirib və onun bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.*
B.Rüstəmbəyov