Tehran konvensiyasının iştirakçısı olan Xəzəryanı ölkələr Xəzər dənizinin ətraf mühitinə təsirin qiymətləndirilməsi haqqında protokol imzalayıb. “İnterfaks”ın müxbiri bu barədə imzalanma mərasimindən məlumat verib.
Protokolu imzalayan hər bir tərəf regionda planlaşdırdığı fəaliyyət barədə digər Xəzəryanı ölkələrə məlumat verməlidir.
Protokola əlavədə təsvir olunmuş fəaliyyət növlərinə neft emalı zavodlarının tikintisi və fəaliyyəti, bitum istehsalı, atom elektrik stansiyaları və digər atom reaktorlarının, yolların, neft-qaz kəmərlərinin, dəniz limanlarının tikintisi və s daxildir.
Xəzəryanı ölkələr Xəzərin ekologiyasına təsirin təhlilini təqdim etməli və ictimaiyyətin həyata keçirilən fəaliyyətə dair məlumatlara çıxışını təmin etməlidir.*