Ermənistanın baş naziri Nikol Paşinyan prezident İlham Əliyevlə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağa hazır olduğunu deyib.
"Mən Azərbaycan prezidenti ilə danışıqlar aparmağa hazıram. Danışıqlar üçün material var. Görüşlər və danışıqlar çox faydalıdır. Etimad mühiti olmadan məsələni həll etmək olmaz. Biz məsələnin həlli üçün səy göstərməyə hazırıq", - deyə o, bu gün mətbuat konfransında bildirib.
N.Paşinyanın sözlərinə görə, Azərbaycanın aqressiv ritorikası yolverilməzdir.
"Münaqişənin həlli üçün uyğun mühit yaradılmalıdır. Biz bu atmosferi korlayacaq addımlar atmırıq”, - deyə baş nazir qeyd edib.
O, həmçinin deyib ki, “Qarabağ münaqişəsinin erməni xalqı üçün məqbul olmayan hər hansı həll yolu qəbuledilməzdir. "Qarabağın iştirakı olmadan problemin həlli mümkün deyil. Bu, bütün iş sənədlərində təsbit edilib", - deyə N.Paşinyan vurğulayıb.*