Azərbaycanın Energetika Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq. Bu barədə nazirliyin məlumatında deyilir.
Energetika naziri Pərviz Şahbazov ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Missiya direktoru Caydev Sinkx ilə bu gün Bakıda memorandumun imzalanması perspektivlərini müzakirə edib.
“Görüşdə elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığın təmin edilməsi üçün USAİD ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərinə toxunulub”, - deyə məlumatda bildirilir.
P.Şahbazov qeyd edib ki, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməsi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır. V.Gill isə deyib ki, ABŞ Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətlidir. “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək”, - deyə o vurğulayıb.*
N.Abbasova