“Asan İmza” xidmətindən istifadə qiymətinin 1 manatdan 2,5 manatadək qaldırılması iqtisadi amillərlə şərtlənib. Bunu «B.EST Solutions» şirkətinin (xidmətin operatoru) Yana Krimpe deyib.
“15 avqust 2018-ci il tarixindən etibarən “Asan İmza” mobil elektron imza xidmətindən istifadənin qiymətinin 1 manatdan 2,5 manatadək (ƏDV daxil) qaldırılmasının təşəbbüskarı “B.EST Solutions” şirkətidir. Bu, iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin artması, xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi ilə şərtlənir ki, bu xərclərin də ekvivalenti dollar ilə hesablanır”, - deyə şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, hətta bu halda belə “Asan İmza” operatoru üçün birinci yerdə istifadəçilərin təklifləri durur ki, bunun əsasında bütün tranzaksiyaların ödənişsiz edilməsi qərara alınıb və bu qərar sayəsində bütün “Asan İmza” sahibkarları xidmətdən hər hansı bir məhdudiyyət olmadan istifadə edə biləcəklər.*
N.Abbasova