Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılarkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aşkar edilib”, - deyə məlumatda bildirilir.
“İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü (3 nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1 nəfər Rusiya Federasiyasının vətəndaşı) təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətkar qrup 68 adda cihazı Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasına göndərməyə cəhd edib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov