Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa prezidenti Emmanuel Makronun fəal iştirakına ümid edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Cümə günü Parisdə E.Makronla görüş zamanı prezident Əliyev Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə Azərbaycan liderinin saytı məlumat verir.
“İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verdi. Ümidvarlıq ifadə olundu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək”, - məlumatda qeyd olunur.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparıldı. **
N.Abbasova