Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən zəmanət və subsidiya verilməsi üzrə müvəkkil bankların sayı 10-dək artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İKZF-dan məlumat verilib.
Xəbər verildiyi kimi, cari ilin iyun ayında İKZF biznes kreditləri üzrə zəmanətlərin verilməsinın başlanmasına dair bütün zəruri təşkilatı məsələləri başa çatdırıb.
Məlumata əsasən, İpoteka və Kredit Zəmanət Fondu ilə müvəkkil bankların sayını genişləndirib. Artıq “Rabitəbank” ASC və “Unibank” ASC bu sistemə daxil olunub. Müvəkkil bankların ümumi sayı 10-a çatıb.
Öncə “PASHA Bank” ASC, “Kapital Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “TuranBank” ASC, "NBCBank" ASC, “Expressbank” ASC, “Muğanbank” ASC Fondun müvəkkil bankları olub.
Prezident İlham Əliyev dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASCnin ləğv edilməsi və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manata bərabərdir.
Fond aşağıdakı vəzifələri yerinə yetirir: ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir; ipoteka kreditləri üzrə təminatlar, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminatlar verir; sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir; “Elektron ipoteka” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
Şərtlərə əsasən, fond 30 mindən 3 mln. manatadək məbləğində kreditlərə zəmanət verə bilər. Eyni zamanda, kreditin müddəti 7 ildən artıq olmamalıdır. Kredit üzrə güzəştli dövr 2 ildən artıq olmamalıdır. **
A.Əzizov