Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ildə rəqabətqabiliyyətli və ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılmasına 97 mln. manat məbləğində güzəştli kredit ayırıb.
Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə hesabatında deyilir.
İqtisadi İslahatlarınTəhlilivə Kommunikasiya Mərkəzinin həyata keçirdiyi monitorinqə əsasən 2017-ci ildə SKMF rəqabətqabiliyyətli və ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılmasını nəzərdə tutan 1,871 min investisiya layihəsini maliyyələşdirib.
Bundan başqa, fond ötən il Azərbaycanda 7 aqroparkın yaradılması və inkişafına 37 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bu layihələrin maliyyələşdirilməsi 1,151 min iş yerinin yaradılmasına imkan verib.
Hesabat ilində SKMF 3 kiçik və orta soyuducu anbarın yaradılmasına 2,4 mln. manat ayırıb.*
A.Əzizov