“AzerGold” QSC Çovdar filiz emalı sahəsində topa qələviləşdirmə sahəsinin tikintisi üçün podratçı seçir. Bu barədə şirkətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 370 manatdır.
Seçimdə müvafiq sahədə təcrübəyə, peşəkarlığa, texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə, idarəetmə bacarığına və etibarlılığa malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 2018-ci il avqustun 31-i saat 15:00-dək qəbul olunur.
Tender proseduru sentyabrın 3-də baş tutacaq.*
N.Abbasova