2019-cu ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət Proqramı hazırlanacaq.
Bu tarix 2017-ci ildə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılmasına dair monitorinqdə qeyd olunur.
2018-ci ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın beşillik müddəti bitir.
Bununla əlaqədar, 2019-cu ildə İqtisadiyyat Nazirliyi dövlət orqanları və yerli hakimiyyəti orqanları ilə birgə regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət Proqramı hazırlayacaq. **
A.Əzizov