İyulun 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana birgünlük səfər edəcək.
“İyulun 24-də M.Çavuşoğlu Azərbaycana səfər edəcək. Bu səfər strateji münasibətlərimizin gündəmində yer alan ikitərəfli, regional və hərtərəfli məsələlərə dair fikir mübadiləsi aparmağa imkan yaradacaq”, - Türkiyə XİN-in məlumatında qeyd olunur.
Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Novruz Məmmədovla görüşlər keçirəcək.
“O cümlədən, M.Çavuşoğlunun səfəri 10 iyul tarixində Türkiyə prezidenti R.T. Ərdoğanın Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlərə dair məsləhətləşmələrin keçirilməsi üçün səmərəli olacaq”, - XİN-dən vurğulanıb. **
A.Əzizov