Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərindən Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə dair təkliflər gözləyirlər.
“Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərin görüşünə dair ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləyirik. Bütövlükdə, Azərbaycan substantiv danışıqların aparılmasının tərəfdarıdır”, - XİN-in mətbuat katibi Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimi danışıqlar tərəfi qismində qəbul etmir. “Ermənistan Azərbaycan ərazilərinin işğalında günahkardır, bu səbəbdən rəsmi Bakı yalnız Ermənistan rərhbərliyi ilə münaqişənin həlli üzrə danışıqları davam etdirmək niyyətindədir”, - H.Hacıyev vurğulayıb. **
F.İsazadə