Bazar ertəsi müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotil ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarının gücləndirilməsinə dair birgə layihələri müzakirə edib.
“Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub”, - Müdafiə Nazirliyindən məlumat verilir. .
Bundan əlavə, tərəflər hərbi sahədə müxtəlif proqramları müzakirə ediblər. “O cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub”, - məlumatda deyilir. **
A.Əzizov