Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni iyulun 23-də dövlət başçısının saytında dərc olunub.
Azərbaycan tərəfindən komissiyanın həmsədri kənd təsərrüfatı naziridir.
Komissiyanın üzvləri xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, mədəniyyət nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini, Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiridir.
Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası sonuncu dəfə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilib.*
A.Əzizov