Prezident İlham Əliyev Masallı rayonunda avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 7,5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Şatıroba-Hişkədərə-Miyanku-Kubin-Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolu 32 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirir.
Vəsait 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam iyulun 23-də dövlət başçısının saytında dərc olunub.*
A.Əzizov