İyulun 23-də Latviyanın paytaxtı Riqada "Azərbaycan Ticarət Evi" açılıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunur. Bunlar şərab, konyak, araq, meyvə şirələri, çay, fındıq və digər məhsullardır.
Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, "Azərbaycan Ticarət Evi"nin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.
Onun sözlərinə görə, Azərbaycan tərəfdən Latviyaya 164 milyon dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 milyon dollar həcmində sərmayə qoyulub. Bu gün Azərbaycanda 40 Latviya şirkəti fəaliyyət göstərir.
Tədbir çərçivəsində Azərbaycanın "Kaslar" MMC və "Bina Aqro" MMC şirkətləri ilə Latviya şirkətləri arasında Azərbaycan istehsalı olan məhsulların Latviyaya ixracına dair Anlaşma memorandumları imzalanıb.*
A.Əzizov