Nazirlər Kabineti Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə torpaq sahələrininalınması haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qərara əsasən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində torpaqların alıcısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müəyyən edilib.
Agentliyə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın.
Maliyyə Nazirliyinə avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova