Nazirlər Kabineti Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qərara əsasən yeni avtomobil yolunun tikintisi layihəsi altına düşən torpaqların alıcısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müəyyən edilib.
Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın.
Maliyyə Nazirliyinə avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova