Ukrayna 2018-ci ilin I yarısında Azərbaycandan $214,112 mln. dəyərində neft idxal edib.
"Bu ilin yanvar-may aylarında Ukrayna $227,374 mln. dəyərində 416,52 min ton neft idxal edib. 2017-ci ilin I yarısı ilə müqayisədə artım miqdar ifadəsində 3,3%, pul ifadəsində 24,4% təşkil edib. Azərbaycandan $214,112 mln., Əlcəzairdən $7,176 mln., İrandan $4,018 mln., digər ölkələrdən isə $2,067 mln. dəyərində neft idxal olunub», - deyə “İnterfaks-Ukrayna” agentliyi Dövlət Fiskal Xidmətinə istinadən xəbər verir.
2018-ci ilin I yarısında Ukraynaya idxal olunmuş neftin 94,2%-i Azərbaycanın payına düşüb.
2017-ci ildə Ukrayna Azərbaycandan $376,877 mln. dəyərində neft idxal edib.*
N.Abbasova