Azərbaycan və İsrail “Pegasus 120” pilotsuz uçuş aparatlarının birgə istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə Jane`s Defence Weekly nəşri xəbər verir.
“Nəşrin məlumatına görə, iyulun 11-də Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və “Aeronautics Defense Systems” şirkətinin icraçı direktoru Yedidia Yaarin arasında yeni PUA-nın istehsalı haqqında memorandum imzalanıb.
"Memorandum Azərbaycan Ordusunun arsenalını “Pegasus 120” multirotorlu pilotsuz hava sistemi ilə genişləndirməyə imkan verəcək.
“Aeronautics” şirkəti “Pegasus 120” multirotorlu pilotsuz aparatlarını ilk dəfə ötən il “Paris Airshow” sərgisində nümayiş etdirib.*
A.Əzizov