2018-ci ilin birinci yarısında “SOCAR Ukrayna” ticarət evi ölkəyə 250 mln. kubmetr təbii qaz idxal edib. Bu barədə şirkətdən məlumat verilib.
«Bu rəqəm 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Beləliklə, SOCAR Ukraynaya qaz idxalının həcminə görə kommersiya şirkətləri arasında liderlik edir”, - deyə məlumatda bildirilir.
Treyder satın alınmış qaz ehtiyatlarını həm məişət istehlakçılarına, həm də iri biznes strukturlarına göndərir.
“Biz təbii qaz idxalını bundan sonra da artırmağı və bazarda öz iştirakımızı genişləndirməyi planlaşdırırıq. SOCAR vicdanlı və etibarlı tərəfdaşdır. Bu isə Ukrayna üçün böyük əhəmiyyət kəsb edir. Ona görə bizə etimad göstərirlər. Bizim fəal irəliləyişimiz sübut edir ki, enerji bazarı biznes üçün daha açıq olub”, - deyə “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov bildirib.*
N.Abbasova